hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputat: “Gəncəyə atılan raketlərdən biri də məni öldürə bilərdi”

Deputat: “Gəncəyə atılan raketlərdən biri də məni öldürə bilərdi”

“Az öncə Gəncədən gəldim. Raketlərin dağıtdığı yerlərdə oldum, oradakı vətəndaşlarımızla görüşdüm. Raketlərin Gəncəyə düşdüyü gecə də Gəncədə idim. O raketlərdən birinin düşdüyü yer gecə qaldığım yerdən çox da uzaqda deyildi. Ehtimalən, biri də məni öldürə bilərdi. Gəncəyə bağlılığımı bilmənizə gərək yoxdur, bunu da yanlış yozmayın. Gəncədə məni görən jurnalistlər yaxınlaşıb müsahibə istədi, hamısına nəzakətlə "yox" dedim, yersiz diqqət çəkmək istəmədim”.

Cebhe.info xəbər verir ki, bunu deputat Erkin Qədirli deyib.

“Dünən Bərdədə oldum. Əsgərlərimiz üçün aldığımız gərəkli şeyləri aparmışdıq, Bərdədəki dostların vasitəsilə cəbhəyə göndərdik. Gəncəyə də Bərdədən gəldik.
Mən niyyətimi sorğulamaq üçün heç kəsə bəhanə verməmişəm, vermərəm də. Gördüyüm işləri də reklam etmirəm. Çoxusundan heç xəbəriniz yoxdur. Mən də emossional ola bilirəm, ona görə kimsəni qınamıram. Məni anlamağa borclu deyilsiniz, amma özünüzə hörmətlə yanaşmağı unutmayın”,-
deyə deputat onun sosial şəbəkə statuslarına etiraz edənlərə səslənib.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1574

Bizim Telegram səhifəmizi izləyin