hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Deputat: “Hər müəssisə 3 şəhid ailəsini, veteranı, qazini işlə təmin edərsə, problem qalmaz”

Deputat: “Hər müəssisə 3 şəhid ailəsini, veteranı, qazini işlə təmin edərsə, problem qalmaz”

“Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq marafonuna start verdi. Bu marafonun məqsədi bu ilin sonunadək şəhid ailələrinin, qazilərinin, müharibə veteranlarının məşğulluğunun təmin etməkdən ibarətdir. Hər bir şirkət buna təşəbbüs göstərərsə, həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin edə bilərik”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Əgər hər müəssisə 3 şəhid ailəsini, müharibə veteranını, qazini işlə təmin edərsə, bu problem qalmaz. Mən bütün şirkətlərə, dövlət təşkilatlarına, deputatlara müraciət edirəm ki, gəlin bu marafona qoşulaq. Marafon ilin sonunadək davam edəcək”, - deputat vurğulayıb.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 859