hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Deputat:“İctimai nəqliyyatı qadağan etməklə təkcə bayramıa yox, Allahın vətəndaşına da başdansovdu yanaşılır”

Deputat:“İctimai nəqliyyatı qadağan etməklə təkcə bayramıa yox, Allahın vətəndaşına da başdansovdu yanaşılır”

“TRT1-dən Türkiyənin dəyanət işlər başqanının icra etdiyi bayram namazına qiyabi olaraq qatıldım və xütbəsini dinlədim. Nə qədər anlamlı və gözəl mesajlar verdi. Dindən, həyatdan, siyasətdən. Bu bayram da faydalı sözlərin eşidilməsi üçün bir fürsətdir. Kipr Barış hərəkatından danışdılar, "İstiqlal" marşının sözləri ilə Türk insanının daha da əzmli olmasını təlqin etdi. İstər camiyə gələn, istər də canlı yayında izləyən insanlar üçün çox düşündürücü, anlamlı bir xütbə oldu”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda 44 günlük savaşdan sonra ilk Qurban bayramı idi:

“Hələ savaş riski də tam mənası ilə ortadan qalxmayıb. Bəlkə siyasət, din başbilənlərimiz bunu da düşünəydilər. Cəmiyyətə Vətənə sevgi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mehribanlıq, həmrəylik mövzusunda pozitiv bir şeyləri hələ də Türkiyədəki ahənglə deyə bilmirik. Böyük dövlət olmanın şərtlərindən biri də budur. Hər sahədə dövlət-vətəndaş münasibətlərinin canlı tutulmasına çalışmaq vacibdir. Bu cür bayramları başdansovdu yola vermək olmaz.

Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil ki? Bu, həm də dövlətin ən önəmli sütunudur, məhz bu sütun sağlam təmələ oturmadığına görə hər an binamızın uçma təhlükəsini hiss edirik. Üstəlik də ictimai nəqliyyatın bayram günlərində işləməsini qadağan etməklə, təkcə Allahın bayramına deyil, Allahın vətəndaşına da başdansovdu yanaşıldığını görürük. Olmaz”.

Deputat qeyd edib ki, insanların bir qisminin taksiyə verməyə pulu yoxdur:

“Belə günlərdə də qiymətləri taksilər “kəlləçarxa” çıxarırlar. Vətəndaşa bayram əvəzinə hüsran yaşatmaq olmaz. Bu mənasız qərarlardan da uzaq durmaq lazımdır”.

Cebhe.info


Oxunma sayı: 4566