t Deputat olmaq istəyən 1534 nəfər: Namizəd sayının çox olmasının ƏSAS SƏBƏBİ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Deputat olmaq istəyən 1534 nəfər: Namizəd sayının çox olmasının ƏSAS SƏBƏBİ

Deputat olmaq istəyən 1534 nəfər: Namizəd sayının çox olmasının ƏSAS SƏBƏBİ

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar səsvermədə rekord sayda namizədin qeydə alındığını deyib. 

MSK sədrinin verdiyi məlumata görə, qeydə alınan namizədlərin sayı 1534 olub. 

İnsanlardakı bu marağın səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, 2018-ci ildə prezident seçkilərindən sonra islahatlara yer veriləcəyi və yeni kadr dəyişikliyi olacağı deyilmişdi:

“Artıq islahatlar başlayıb. Bu gün artıq kadr islahatları gedir. Gənc kadrların vəzifəyə təyinatı dövlətin daxili siyasətində bir çox dəyişikliklərin olduğunu və olacağını göstərir. Həmçinin ölkədə bələdiyyə seçkiləri oldu, göründüyü kimi, ordada da fəallıq az olmadı. Parlament seçkilərinə gəldikdə isə cəmiyyətdə belə bir fikir oyanıb ki, bu seçkilər digərlərindən fərqlənəcək. Ona görə də namizədlərin sayı çox oldu. MSK-dan verilən məlumata görə, digər illərlə müqayisədə olduqca çox namizəd var. 2000-dən çox insan sənədini təqdim edib, lakin onlardan təxminən 1600 nəfərin namizədliyi qəbul edilib. Burada təbii olaraq YAP-ın öz siyahısı var, həmçinin bitərəflər də az deyil”. 

Ramiyə Məmmədova qeyd edib ki, cəmiyyətdəki fəallıq namizədlərin sayına təsir edən əsas amillərdəndir: 

“Siyasətdə olmayan gənc kadrlar belə namizədliklərini irəli sürüblər. Bu, fikrimcə, o qədər doğru da deyil, siyasətə, millət vəkilliyinə aidiyyatı olmayan insanların namizəd olması bir qədər müzakirə mövzusudur. Həmçinin, millət vəkili olmaq üçün təcrübə də lazımdır. Çünki hansısa fəaliyyəti olmayan insanın birdən-birə namizəd olması düzgün deyil. Lakin cəmiyyətdə fəallıq var, yəqin ki, namizədlərin çox olmasına bu da təsir edir. Başqa bir səbəb isə gənc kadrların aparılan islahatlara dəstək olaraq daha çox insana xeyir vermək istəməsi, insanların rifahı üçün çalışmaq həvəslərinin olmasıdır”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 19911