hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Deputat parlamentdə təkliflə çıxış edib

Deputat parlamentdə təkliflə çıxış edib

“2021-ci il müstəqil Azərbaycanın tarixində mühüm hadisələrlə yadda qaldı. 44 günlük Vətən müharibəsində qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə Azərbaycan ciddi addımlar atdı və bu bəladan az itkilərlə çıxır. Artıq karantin rejimi ilə bağlı da ciddi yumşalmaların olduğunu görürük”.

Cebhe.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov təkliflə çıxış edib:

“Amma 2021-ci ildə daha bir mühüm hadisənin, Müstəqillik Aktının qəbul olunmasının 30 ili tamam olur. Biz bu zalada 30 il bundan qabaq bu Aktı qəbul etmişik, müstəqilliyimizi elan etmişik. Bizi müstəqil dövlət kimi ilk olaraq Türkiyə, ikinci isə Pakistan tanıyıb. 1918-ci ildə müstəqil Azərbaycan cəmi 23 ay yaşayıbsa, 1991-ci ildə elan etdiyimiz müstəqillik 30 ildir davam edir.

Təklif edirəm ki, parlament bununla bağlı bir tədbirlər planı hazırlasın və bütün dünyaya bəyan edək ki, biz 30 ildir müstəqillik, ərazi bütövlüyümüzü bərpa etmişik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 507