hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Deputat Prezidentin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına münasibət bildirib

Deputat Prezidentin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına münasibət bildirib

"Prezident İlham Əliyevin tələbi budur ki, işğaldan azad edilmiş torpaqlarımızda salınacaq yaşayış məskənləri “smart-city”, “smart-village”, yəni “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulsun".

Cebhe.info xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

O qeyd edib ki, prezident yanvarın 26-da Rəşad Nəbiyevi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edərkən bu fikirləri səsləndirib:

"Dövlət başçımız sonra bizim digər şəhər və kəndlərimizdə də oxşar layihələrin reallaşdırılacağını bildirib. Xatırlayıram ki, hələ 2007-ci ildə Güney Koreyaya dövlət səfəri zamanı Prezident “smart-city”, “smart-village” layihələrilə maraqlanmış, gələcəkdə Azərbaycanda da belə şəhər və kəndlərin salınması perspektivinə toxunmuşdu. Açığı o zaman bu, adama bir növ əfsanə kimi gəlirdi. Ancaq indi İlham Əliyevin onu da reallığa çevirəcəyini görürük. Həm də harada, bir zamanlar düşmən tapdağı altında olan torpaqlarımızda!"

Cebhe.info


Oxunma sayı: 2949