hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputat Qarabağ döyüşçülərindən ibarət komanda ilə görüşdü- FOTOLAR

Deputat Qarabağ döyüşçülərindən ibarət komanda ilə görüşdü- FOTOLAR

“Bu gün deputat həmkarım Şahin Seyudzadənin dəvəti ilə Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyanın 17 nəfərdən ibarət milli komandasının Avropa Amputant Futbol Kubokunun final mərhələsində iştirak etmək üçün 4 günlük Polşa Respublikasına səfəri ərəfəsində məşq toplantısında iştirak etdik, komanda üzvləri, Federasiya rəhbərliyi və Abşeron rayon icra hakimiyyətinin nümayəndəsi ilə görüşüb söhbət etdik”.

Cebhe.info xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev deyib.

“Dağlıq Qarabağ müharibəsində sağlamlıqlarını qismən itirmiş şəxslərdən ibarət bu komandamız cəmiyyətə gözəl pozitiv mesaj verir, həm də dünya ictimaiyyətinə Qarabağ mesajı göndərir. İnşallah, qələbə ilə dönmələrini arzulayırıq.

Avropada keçiriləcək yarışda iştirak üçün dəstək Heydər Əliyev Fondu tərəfindən göstərilir və mən bunu dəyərləndirirəm. Ümid edirəm ki, bütün ölkə boyu qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi, sağlamlıqlarını torpaqlarımız uğrunda qurban verən bu şəxslərin həyatlarına və məişətinə yenilik, maraq və rəngarənglik gətirmək üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcəklər.

Federasiya prezidenti Rövşən Quliyevlə də vacib məsələləri az da olsa, müzakirə etdik və yəqin ki, İmişlidə də Qarabağ döyüşçülərindən ibarət bir komandanın yaradılması üçün də işlər aparacağıq”, - deyə millət vəkili bildirib.

Cebhe.info


Oxunma sayı: 1233