hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Deputat seçiciləri adından Prezidentə təşəkkür etdi: “Bu il Cəlilabadda su bolluğu olub”

Deputat seçiciləri adından Prezidentə təşəkkür etdi: “Bu il Cəlilabadda su bolluğu olub”

“20 iyun tarixində cənab Prezident İlham Əliyev Cəlilabad, Yardımlı, Masallı rayonlarında əkin sahələrinin suvarılma sisteminin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb. Cəlilabad seçiciləri bu sərəncamı böyük ruh yüksəkliyi ilə qarşılayıb və məndən Prezidentə təşəkkür etməyimi istədilər”.

Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Elman Nəsirli deyib.

O bildirib ki, ötən illərlə müqayisədə bu il Cəlilabadda su bolluğu olub:

“Hətta elə məlumatlar da gəldi ki, Cəlilabadda bu il su lazım olandan daha çox verilib”.

Elman Nəsirov əlavə edib ki, Cəlilabadın sərhəd kəndələrində olan cidd qaz problemi ilə bağlı da müsbət addımlar atılıb:

“Artıq bu məsələnin həlli ilə bağlı işlərin başlanılması ilə bağlı “Azəriqaz” iş aparır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 738