hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Deputat şəhid ailələrini ziyarət edib

Deputat şəhid ailələrini ziyarət edib

“Dünən 63 saylı Sabirabad birinci seçki dairəsindən olan 14 şəhid ailəsindən 9-nu ziyarət etdim. Hər bir şəhidimizin döyüş şücaəti, cəsarəti, qəhrəmanlığı özünəməxsusdur və qürurvericidir”.

Cebhe.info xəbər verir ki, bu deputat Kamal Cəfərov deyib.

“Belə ki, şəhid mayor Məmmədov Anar Daşaltı istiqamətində 26 nəfər əsgəri mühasirədən çıxarıb, bütün qumbaralarını istifadə edib və sonda əsir düşməmək üçün özünü tapança ilə öldürüb.

Qaraqaşlı məktəbində informatika müəllimi işləmiş şəhidimiz Elxan Rzayev Cəbrayıl istəqamətində qəlpə yarası almasına baxmayaraq, öz şəxsi təşəbbüsü ilə Qubadlı istiqamətində hücumda iştirak edib və şəhid olub. Tezliklə hər bir şəhidimizlə bağlı geniş məlumat paylaşacağam.

Çünki bu cür qəhrəmanlıqları hər kəs bilməlidir. Hər bir şəhid ailəsini narahat edən bütün məsələləri qeyd etdim. Gələn həftə ərzində həmin məsələlərin həllinə nail olmağa çalışacağam. Hesab edirəm ki, qeyd etdiyim bütün məsələlər müəyyən təşəbbüslə tam həll edilə bilər və edilməlidir. Şəhid ailəsinin heç bir qayğısı olmamalıdır”, - deyə deputat bildirib.

Kamal Cəfərov növbəti həftə Sabirabaddan olan və hazırda Bakı şəhərində yaşayan 5 şəhid ailəsini də ziyarət edəcəyini deyib.

Deputat əlavə edib ki, növbəti mərhələdə isə 63 saylı Sabirabad birinci seçki dairəsindən olan 42 qazini ziyarət edəcək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 628

Bizim Telegram səhifəmizi izləyin