hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Deputat şəhid ailəsini ziyarət edib

Deputat şəhid ailəsini ziyarət edib

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev İmişlidə şəhid ailəsini ziyarət edib.

Cebhe.info xəbər verir ki, bu haqda deputat özü məlumat verib.

“Şəhid Məmmədli İsa Sarı oglu, 2002-ci ildə İmişli şəhərində dogulub. 15 noyabrda Laçın ərazisində şəhid olub. Atası ilə söhbət etdim. Çox sakit və çarəsiz bir atadır. Evləri yaxşıdır, amma şərait qura bilməyib. Qulaqları da ağır eşidir. Hətta "YAŞAT" Fondunun gəldiyini belə yadında saxlamyıb. Əlaqə qurduq və onun şəraiti ilə bağlı məsələni daha tez həll edəcəklər. "YAŞAT" Fondunun olması böyük bir nailiyyətdir. Çox böyük. Həm də "ASAN xidmət”in idarə etməsi operativlik baxımından üstünlükdür”, - deyə deputat bildirib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 661

Bizim Telegram səhifəmizi izləyin