hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Deputat sərt karantinə qarşı çıxdı:"ÜST-ün dediyi Quran ayəsi deyil ki..."

Deputat sərt karantinə qarşı çıxdı:"ÜST-ün dediyi Quran ayəsi deyil ki..."

"Bir il əvvəl sərt karantin rejimi tətbiq olunanda, biz hələ koronavrusla bağlı heç bir təcrübəyə, məlumata sahib deyildik. Parkları, həyətləri belə bağlamışdılar. Az qala bloklara belə hasar çəkirdilər ki, birdən kimsə çölə çıxar. Amma bu, düzgün siyasət deyildi. Artıq bütün dünya da bunu qəbul edib ki, insanlar çölə çıxmalı, nəfəs almalıdırlar. Düşünmürəm ki, indi o cür sərt karantin tətbiq edilsin. Düzdür, xəstələrin sayı Azərbaycanda artır, amma hesab edirəm ki, insanları təmiz havadan məhruz etmək olmaz".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Müsavat TV”-nin canlı yayımında deyib. Deputat bildirib ki, qapanmaya getməklə məsələləri həll etmək olmaz:

“Sərt karantinə getmək virusun qarşısını almayacaq. Biz virusla yaşamağı öyrəşmişik. Maska taxan, spirtlə özünü "çimizdirən" yüzlərlə şəxs ən axır formada karonavirusa yoluxub. Düşünmürəm ki, ÜST planetin hamısından ağıllıdır. Onlar siyasətlə məşğuldurlar. Onların ağzından çıxan sözün tüpürcəyi qurumamış biz ona əməl edirik. Kimdir ki, onlar? Onlar dediyi bizim üçün Quran ayəsi olmamalıdır. Mən ümumiyyətlə, onların dediklərinə əməl etməyin tərəfdarı deyiləm. İndi isti havadır, su içində oluruk. Hələ aprel ayının əvvəlidir. Qarşıdan daha isti aylar gəlir.

Hamının da böyük bağ sahələri yoxdur ki, gedib orda dincələ, nəfəs ala. İnsanların hamısı 30-40 kvadrat metr olan “Leninqrad” evlərində yaşayır. İnsanları bu evlərə qapadıb öldürmək olmaz. Mən sərt qapanmanın əleyhinəyəm. Bağlı məkanlarda maska taxaq, vəssalam”.

Cebhe.info


Oxunma sayı: 540