hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Deputat, yoxsa millət vəkili? - İnstitut direktoru izah verdi

Deputat, yoxsa millət vəkili? - İnstitut direktoru izah verdi

Milli Məclisin üzvləri müxtəlif adlarla cəmiyyətə təqdim edilir. 

İllərdir ki, mətbuatda, ümumiyyətlə, hər yerdə Milli Məclisin üzvləri ictimaiyyətə həm “deputat”, həm də “millət vəkili” adı ilə təqdim olunur. 

Məlumat üçün bildirək ki, “Azərbaycan Milli Məclisi deputatının statusu haqqında” Qanunda Milli Məclisin üzvləri rəsmi olaraq “deputat” adlanır. Yəni heç bir maddədə “millət vəkili” anlayışından söhbət getmir. Qanunun 1-ci, 2-ci, 6-çı maddələrində “deputat səlahiyyətləri”, “deputat statusu”,  “deputat vəsiqəsi”ndən danışılır. Milli Məclisin 1996-çı ildə qəbul edilmiş Daxili Nizamnaməsində də Milli Məclis üzvləri “deputat” kimi göstərilib.

Maraqlıdır, ifadə olaraq bu sinonim sözlərin hansı daha doğrudur?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Cebhe.info-ya açıqlamasında “millət vəkili” ifadəsini daha diləyatımlı hesab edir:

“Hər iki söz qoşa işlənir. Bizm üçün “millət vəkili” ifadəsi daha uyğundur. Bu söz daha yayımlı və məntiqlidir. Düzdür həm “millət” , həm də “vəkil” ərəb sözləridir, amma bu dil Azərbaycan dilinə oturuşub. Həmçinin 1918-ci ildə, Xalq Cümhuriyyəti dövründə də Milli Məclisin üzvünə müraciət olaraq “millət vəkili” ifadəsindən istifadə edilib. Həmçinin türk respublikalarında da “millət vəkili” ifadəsindən istifadə edilir. “Deputat” alınma sözdür, rus dilindən keçmədir. Amma kökünü deyə bilmərəm. Bu ifadə bizə rusların təsirilə keçib”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2113