hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Deputatdan bəzi məmurlara PENSİYA ETİRAZI: “İnsafınız, vicdanınız olsun”

Deputatdan bəzi məmurlara PENSİYA ETİRAZI: “İnsafınız, vicdanınız olsun”

“Xəstə insanların pensiyalarının kəsilməsi ilə bağlı saysız-hesabsız müraciətlər var. Bu problemin bir vacib kökü də həkim müayinələrinin ikibaşlı qeyd edilməsidir. Məhz bu ikibaşlı qeydlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların kəsilməsi üçün əsas və bəzən də fürsət görür. Ay balam, bu günə kimi barmağınızı qatlayın görək, sizlər hansı serebral iflici müalicə edib sağaltmısınız? Hansı anadangəlmə xəstəlikləri sağaltmısınız?”

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bir neçə sualla müraciət edib:

“Niyə verdiyiniz kağızda "yaxşılaşma hiss edilir", "müalicəsi davam etdirilə bilər", "müalicəyə ehtiyacı var", yaxud sağlam orqanlarını qeyd edirsiniz ki, "ürəyi normal işləyir", "qaraciyərinin funksiyası pis deyil", nə bilim "nisbi yaxşılaşma qeyd olunur". Bunlar nə deməkdir? Əlbəttə, onların ömürlük müalicəyə ehtiyacı var, amma bu əsas vermir ki, bunu bəhanə edib, pensiyasını dayandırasınız?

Ayıbdır, vallah. Serebral iflicin gözləri yaxşı görürsə, bunun nə aidiyyatı var? Belə çıxır ki, iki ayağı olmayana yazılır ki, əlləri işləyir. Əlinin yox ayaqlarına nə aidiyyatı var? 1-ci qrupdan da o yana yeni qrup növü təşkil edəcəksiniz?

Belə çıxır ki, vətəndaşları da incitmək istəmirsiniz, məsuliyyəti üzərinizdən atırsınız və hər kəs üçün problem yaradırsınız. Nazirlik də baxmır ki, ay balam serebral iflic sağalan xəstəlik deyil axı. Bu adam ömürlük şikəstdir, nə yaxşılaşma ola bilər? Fürsət bilib. Qayçılayır. Lap yaxşılaşsın, uzağı kimlərinsə köməkliyi ilə 5-10 addım atıb hamama gedə bilər”.

Razi Nurullayev müraciətlə qeyd edib ki, insafınız və vicdanınız olsun, vətəndaşları bu şəkildə incitməyin:

“Pensiyaları kəsirsiniz, 6-7 aydan sonra kimlərinsə təzyiqi ilə bərpa edirsiniz, bəs o almadığı, haqsızlığa uğradığı ayları kimim adına yazaq? Vətəndaşlara bu stresi yaşatmayın. Yazın ki, bu adam ölməməsi və ayaqda qalması üçün müalicə edilir. Amma sağalması mümükn deyil. İkibaşlı cümlələr yazmayın, Nazirliyə də fürsət verməyin. Allahdan qorxun!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 13399