hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputatdan ETİRAZ: “Terrorun kökünü kəsmək üçün…”

Deputatdan ETİRAZ: “Terrorun kökünü kəsmək üçün…”

“Bu gecə Gəncədə baş verənlər terror hadisəsidir. Bütün cəbhə xətti boyu məğlub edilən və işğal etdikləri torpaqlardan qaçmağa məcbur olan erməni quldurları terrora əl ataraq mülki vətəndaşlarımızı hədəfə alır”.

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Millət vəkili terrorun kökünü kəsmək üçünsə bütün terrorçuları tamamilə məhv etmək lazım olduğunu bildirib:

“Ordumuz bunu edir və sona da çatdıracaq. Terror hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Tam inanırıq ki, bu qan yerdə qalmayacaq və düşmən layiqli cavabını alır və alacaq.

Qarabağ Azərbaycandır!”

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 738

Bizim Telegram səhifəmizi izləyin