hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputatdan maraqlı layihə: "5 kitab danış, 1 kitab hədiyyə qazan”

Deputatdan maraqlı layihə: "5 kitab danış, 1 kitab hədiyyə qazan”

Koronavirusun yayılmasının qarşısının alınması üçün xüsusi gücləndirilmiş karantin rejimində Milli Məclisin üzvü Naqif Həmzəyev maraqlı layihə ilə çıxış edib.

Cebhe.info xəbər verir ki, bu layihə barədə deputat özü məlumat verib.

"Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş karantin rejimini nəzərə alaraq Gəncə şəhərində yaşayan şagird və tələbələr üçün sosial kampaniyaya başlayırıq.

Oxuduğunuz 5 kitabın hər biri barədə 1 dəqiqəlik qısa video çəkib aşağıda qeyd olunmuş ünvanlara göndərin və bir kitab hədiyyə qazanın", - deyə N.Həmzəyev bildirib.

Qeyd edək ki, hazılanan videolar [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1706