hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Deputatdan metro və avtobusların işləməməsinə ETİRAZ: “Əhalini sıxıntıya salmaq üçün mənasız qərardır”

Deputatdan metro və avtobusların işləməməsinə ETİRAZ: “Əhalini sıxıntıya salmaq üçün mənasız qərardır”

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib. Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən iyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilib.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib. Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün qeyd edək ki, daha öncə qeyri-iş günləri həftə içi günlərə təsadüf edirdisə, ictimai nəqliyyat fəaliyyətini dayandırmırdı.

Lakin bu dəfə Nazirlər Kabineti əhaliyə bayram “hədiyyə”si etmək istəyib. Belə çıxır ki, vətəndaş qurban kəsmək. Onu aztəminatlı şəxslərə paylamaq istəyirsə, taksi xərcini də “gözdən çıxarmalıdır”.

İctimai nəqliyyatın fəaliyyət göstərmədiyi günlərdə isə taksi qiymətlərindəki dəyişikliklərdən söz açmağa belə dəyməz. Qiymət bəzi ərazilərdə iki dəfə artır.

Maraqlıdır, belə qərarlar qəbul edilərkən vətəndaşların rahatlığı niyə düşünülmür, etirazlar nəzərə alınmır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu qərar çox lazımsız məhdudiyyətdir:

“Bu qədər toylara, yas mərasimlərin keçirilməsinə icazə verilib. Əsas yoluxma riski olan yerlər buralardır. Ona görə də bayram günü ictimai nəqliyyatın olmaması çox mənasız qərardır. Niyə belə qərarlar qəbul edilib? Sualın izahını verməkdə çətinlik çəkirəm. Əslində bu qərar vətəndaşı sıxıntıya salmaq üçün düşünülmüş metoddur”.

Semra Ələkbərli

Cebhe.info


Oxunma sayı: 8504