hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Deputatdan seçicilərinə müraciət: "İstənilən vaxt əlaqə saxlaya bilərsiz"

Deputatdan seçicilərinə müraciət: "İstənilən vaxt əlaqə saxlaya bilərsiz"

"Əziz göygöllülər və daşkəsənlilər, hörmətli həmvətənlər! Koronavirus pandemiyası bütün dünyada adət edilmiş həyat tərzini pozdu, milyonlarla insanın planlarının məcburi dəyişməsini şərtləndirdi".

Cebhe.info xəbər verir ki, bunu deputat Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, dünya ciddi təhlükə və sınaq qarşısındadır:

"Dövlətimiz bu bəlanın qarşısının alınması, onun törədəcəyi itkilərin miqyasının minimum olması üçün bütün zəruri tədbirləri həyata keçirir. Koronavirusun cəmiyyətə gətirdiyi paradoks ondan ibarət oldu ki, obrazlı demiş olsaq, insanlar arasında yaxınlıq, mərhəmət, həmrəylik onların biri-birilərindən uzaqlığı ilə təyin olunmağa başladı. Yəni bu gün öldürücü koronavirusdan qorunmağın yeganə rolu sosial təcriddən ibarətdir. Koronavirus pandemiyası üzündən işsiz qalan, eləcə də günəmuzd işləyərək evinə ruzi aparanların narahatlıqları başadüşüləndir.

Qeyd etmək istərdim ki, belə soydaşlarımızın da sosial müdafiəsi məsələsi dövlətin diqqət mərkəzindədir.

Koronavirus üzündən mən də planlarımda məcburi dəyişikliklər etməli oldum. Hazırda Sizlərin görüşünə gələ bilməməyim məni dərindən təəssüfləndirir. Buna baxmayaraq, çoxsaylı müraciətlərinizi sosial şəbəkələr və telefon vasitəsilə alırıq və hər birinə böyük həssaslıqla yanaşırıq. Müraciətlərinizlə bağlı Göygöl rayonunda yaşayan köməkçim Namiq Məmmədovla və ya birbaşa mənim özümlə istənilən vaxt əlaqə saxlaya bilərsiniz.

Görüşəcəyik. Təki sağlıq olsun!"

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1783