hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Deputatdan TƏBİB-ə müraciət: Şəxsi nümunə göstərərək peyvənd olunacaq

Deputatdan TƏBİB-ə müraciət: Şəxsi nümunə göstərərək peyvənd olunacaq

"Ölkədə koronavirusla mübarizə çərçivəsində vaksinasiya prosesi başlayıb. Müharibə və pandemiyanın üst-üstə iqtisadi təsirlərinə, qlobal iqtisadi böhranın fəsadlarına, habelə, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa prosesinin ciddi maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, Prezident İlham Əliyev yenə də insan amilini üstün tutdu və qürurverici haldır ki, Azərbaycan vaksinasiya prosesinə başlayan ilk dövlətlərdən oldu".

Cebhe.info xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, prosesə münasibətdə bütün dünyada, eləcə də bizim cəmiyyətdə birmənalı yanaşma mövcud deyil:

"Necə ki, ikinci dalğaya qədər COVİD-19-un mövcudluğuna şübhə ilə yanaşanlar var idi, bu gün də vaksinasiya prosesinə skeptik baxanlar var. Bu mənada hesab edirəm ki, prosesin əhəmiyyəti, peyvəndin tətbiq edilib-edilməməsinin mümkün riskləri istiqamətində maarifləndirmə tədbirləri güclənməlidir. Təbii ki, ən yaxşı çağırış şəxsi nümunədir. Bu amalla prosesə dəstəyimi ifadə etmək üçün TƏBİB rəhbərliyinə müraciət edib könüllü olaraq peyvənd olmaq istəyimi bildirdim. Düşünürəm ki, bununla da ən azı təmsil etdiyim bölgədə peyvəndləməyə skeptik yanaşmalara əhəmiyyətli təsir göstərə bilərik".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6821