hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Deputatdan yeni nazir təyinatlarına reaksiya: "Kimsə üçün süpriz olmadı..." - Müsahibə

Deputatdan yeni nazir təyinatlarına reaksiya: "Kimsə üçün süpriz olmadı..." - Müsahibə

Millət vəkili Fazir Mustafanın prezidentin son təyinatları ilə bağlı "Yeni Sabah”a müsahibə verib.

Cebhe.info həmin müsahibəni təqdim edir:

- Hüquq-mühafizə orqanlarında prezidentin həyata keçirdiyi son təyinatları necə qiymətləndirirsinizə

- Bu məsələ gözlənilən bir məsələ idi, həm də yerində olan bir addımdır. Çünki dövlətin təhlükəsizlik sturukturuna həm təcrübəli, həm də Azərbaycan problemlərini qlobal masştabda bilən Ramin Usubov kimi birinin təyin olunması çox vacib addımlardan biridir. Xüsusən də Amerika-İran gərginliyi fonunda belə bir seçimin olması kimsə üçün süpriz olmadı.

İkinci məsələ odur ki, Əli Nağıyev uzun illər xüsusi xidmət sahəsində çalışmış biridir və öz sahəsini kifayət qədər gözəl bilir. Ona görə də onun bu sahəni qadıracağına əminəm.

Mədət Quliyev öz çalışmaları və sədaqətliyi ilə cəmiyyətdə müsbət imici olan insanlardan biridir. Görünür, ölkə prezidenti müdafiə sənayesi kimi vacib bir sahəni ona tapşırmaqla bu strateji sahədə ciddi nizam-intizam və qalxınma gözləyir. Bu addım da normal qarşılanmalıdır.

Vilayət Eyvazov isə hüquq-mühafizə orqanlarında yüksək reputasiyası olan bir kadrdır. Kifayət qədər bilik və bacarığını ortaya qoya bilən və bütövlükdə ölkədə ictimai təhlükəsizlik baxımından problemleri dərindən bilən, kifayət qədər təcrübə toplamış mütəxəssisdir. Uzun illər DİN-nin birinci müavini kimi çalışması artıq onun nazir kimi uğurlu fəaliyyət göstərəcəyinə indidən qarantiya verir.

Ona görə də mən çox yüksək qiymətləndiriəm bu təyinatları. Hər biri öz sahəsində uğurlu kadrlardır və dövlətimizin müəyyən dərəcədə bu bu sahələrinin möhkəmləndirilməsi çox önəmli idi. Bu yerdəyişmələr və təyinatlar öz müsbət təsirini göstərəcək.

- Bu təyinatları kadr islahatı hesab etmək olarmıə Çünki bir sıra şərhçilər bunun sadəcə məmurların yerdəyişməsi olduğunu bildirilər...

- Burada təkcə yerdəyişmədən söhbət getmir. Təhlükəsizlik Şurasının da statusu artırılır. Digər tərəfdən isə kadr islahatı kimi qiymətləndirmək olar. Çünki bu sahələrdə müəyyən dərəcədə çalışmış insanlar da olsa, varislik müəyyən dərəcədə qorunacaqdı.

Amma yeni fərqli keyfiyyətlərin bu qurumlara gətirilməsi gözlənilir. Bu baxımdan da bir nəfərin yerini deyişsəydilər, buna yerdəyişmə demək olardı. Amma bir neçə yerdeyişmə varsa, əsas verir ki, bu addıma kadr islahatı deyək.

- Neçə vaxtdır ki, Azərbaycanda məhkəmə sistemində kadr islahatları gündəmdə idi. Amma bu proses ləngiyir.Yaxın vaxtlarda bu sahədə də dəyişikliyin olacağını gözləyirsinizmiə

- Təbii ki, ölkədə islahatlar dərinə gedir və çox güman ki, o sahədə də dəyişikliklər olacaq. Ən zəruri sahələrdən də biri məhkəmə sistemidir. Amma ilk növbətə ictimai təhlükəsiziliklə bağlı məsələlər həll olunmalıdır ki, digər sahələrdə kadr islahatlarının əngəllənməsi halları ortaya çıxmasın. Ona görə ilk bu addım atıldı.

Mənim ehtimalıma görə isə bundan sonra məhkəmə, hüquq sistemində ciddi dəyişikliklər olacaq. Çünki əhalini ən çox narazı salan problemlər bu sistemlə bağlıdır. Burada da mütləq kadr deyişikliyinə ehtiyac var. Bu sahədə çalışan bəzi insanların ucabatından dövlətimizin öz imicinə böyük zərbə dəyir. Ona görə də bu dəyişikliklər olmaldır.

Cebhe.info


Oxunma sayı: 2234