hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Deputatlar əlilliklə bağlı qanun layihəsinə etiraz etdi:Hökumətdən izah tələb olundu

Deputatlar əlilliklə bağlı qanun layihəsinə etiraz etdi:Hökumətdən izah tələb olundu

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” məsələ Milli Məclisdə ciddi narazılıq yaradıb.

Cebhe.info xəbər verir ki, parlamentin bugünkü iclasında bir neçə deputat bu qanunda ciddi problemlərin olduğunu və layihənin əleyhinə səs verəcəklərini deyib.

Deputatlar Qüdrət Həsənquliyev, Aqil Abbas, Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Əli Məsimli hazırlanan qanun layihəsində boşluqların olduğunu və hazırlanan layihə ilə bağlı ciddi sualların yarandığını bildirərək hökumət nümayəndələrinin parlamentin iclasına gələrək yaranan suallara cavab verməlidir.

Qeyd edək ki, yeni qanuna görə əlillik dərəcələri ləğv olunur və əvəzində faiz nisbəti ilə əlilliyin müəyyənləşdirilməsinə keçid edilir.

Digər tərəfdən yaş həddinin də aşağı salınması parlamentin bugünkü iclasında müzakirə predmeti olub.

Deputatlar bildirib ki, 65 yaş pensiya üçün həddindən artıq çoxdur və bu məsələyə yenidən baxılmalıdır.

Spiker Sahibə Qafarova isə təklif edib ki, qanun layihəsi üçüncü oxunuş üçün yenidən komitə iclasına çıxarılsın və daha geniş formatda müzakirə olunsun.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5380