hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputatlar maliyyə hesabatı verəcək - ÖHDƏLİK

Deputatlar maliyyə hesabatı verəcək - ÖHDƏLİK

“Mən, bir deputat kimi, “Facebook” səhifəmdə öz təşəbbüsümlə maliyyə hesabatımı yazanda, söyüş söyənləri, qarğış yazanları və lağ edənləri nəzərə almasaq, əsasən müsbət reaksiya almışdım”.

Cebhe.info xəbər verir ki, bu sözləri deputat Erkin Qədirli deyib.

“İndi sizə daha bir müsbət xəbərim var. Bu gün komitəmizin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olundu və MM-nin payız sessiyası üçün tövsiyə edildi. Orada, başqa şeylərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazıldı. Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər”, - deyə o əlavə edib.

Naibə
Cebhe.info


Oxunma sayı: 1893