hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Deputatlar toplaşacaq: İclasın gündəliyi  

Deputatlar toplaşacaq: İclasın gündəliyi  

İyulun 9-da Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Cebhe.info xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar.

Cebhe.info


Oxunma sayı: 1893