hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Dərmanları kim bahalaşdırır?- “Monopoliya var” - Farmokoloq

Dərmanları kim bahalaşdırır?- “Monopoliya var” - Farmokoloq

Sumqayıt şəhərində fəaliyyət göstərən apteklərdə bəzi dərmanların qiymətində artım müşahidə olunur.

Sakinlər bildirirlər ki, dərmanlarda bir neçə həftə öncəyə nisbətən qiymət artımı müşahidə olunur. Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli Baku TV-yə müsahibəsində bildirib ki, istehsalçı ölkələrdə artan qiymət təbii ki, burada da özünü açıq şəkildə büruzə verir.

Artıq Bakıdakı apteklərdə də dərman qiymətlərində artım müşahidə olunur. Bəziləri bunu pandemiya ilə qarşılaşdığımız vəziyyət ilə əlaqədar olduğunu deyir.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim- farmokoloq Aydın Əliyev bildirib ki, ölkədə dərman satışı ilə bağlı monopoliya var:

"Geniş izah da vermək olar, amma bu sualın cavabı budur. Mən hesab edirəm ki, Qarabağda müəyyən işlər görüləndən sonra hər şey yoluna düşəcək. İslahatlar aparılmasının, kimin hansı vəzifəyə qoyulmasının fərqi yoxdur. Vicdanın ümidinə qalmışıq. Belə olmalı deyil, qanuna sığınmaq lazımdır. Yəni qanun şah olmalıdır. Ölkədaxili sistemlər işləməlidir. Baxın, bələdiyyə, icra hakimiyyəti, hətta kolxoz dövründən qalma “JEK” də var. Kinoda deyildiyi kimi, bəyin neçə adaxlısı ola bilər ki? Mən inanıram ki, buna baxmayaraq, hər şey, xüsusilə də dərman satışı sahəsindəki monopoliya yoluna qoyulacaq. Çünki başqa yol yoxdur".

Mövcud vəziyyəti qısa şərh edən həkim deyir ki, ölkəyə idxal olunan dərmanlar ən azı keyfiyyətli olmalıdır:

"Keyfiyyətli işlər görmək lazımdır. Koronavirus dərmanlarının satışının da bu prosesə yüz faiz təsiri var. Dünyanın bir neçə aparıcı ölkələri koronavirusda dərman satışından qazanırlar. Biz isə əziyyət çəkirik".

Şəlalə Babayeva
Cebhe.info


Oxunma sayı: 1090