hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Diaspor cəmiyyəti aztəminatlı ailələrə yardım edib

Diaspor cəmiyyəti aztəminatlı ailələrə yardım edib

Cəmiyyətin sədri Ayhan Dəmirçinin təşəbbüsü ilə Ramazan ayının başlanması münasibətilə Azərbaycandakı 405 aztəminatlı ailəyə yardım göstərilib.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Azərbaycan–Belçika Dostluq Cəmiyyətndən bildirilib ki, ərzaq paketlərindən ibarət olan yardım artıq Bakının Pirşağı qəsəbəsindəki "Qızılqum" sanatoriyasında məskunlaşan Xocalı sakinlərinə təqdim olunub.

Yaxın günlərdə isə Bakının ətraf rayonlarında yaşayan aztəminatlı ailələrə Ramazan payı çatdırılacaq.

Cəmiyyət ərzaq paylarının Azərbaycandakı ünvanlara çatdırılması işini təşkil edən insanlara öz minnətdarlığını bildirib.

Cebhe.info


Oxunma sayı: 540