hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Dietoloq uzunömürlülüyün sirlərini açdı

Dietoloq uzunömürlülüyün sirlərini açdı

Həkim-dietoloq Mark Qilbert insan ömrünü uzadan qidaların sirlərini açıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Express" xəbər portalı məlumat yayıb.

Mütəxəssis ilk növbədə qəbul edilən qidaların kalorisini azaltmağı tövsiyə edib.

"Düzgün qidalanma xərçəng və ürək xəstəliklərindən qorunmaqda sizə köməklik edəcək. Aşağıkalorili pəhriz "Kembric pəhrizi"dir və bu pəhriz hətta dizbeti ikinci tipə çevrmək qabiliyyətinə malikdir", - deyə həkim qeyd edib.

Dietoloq həmçinin bildirib ki, "Kembric pəhrizi"nə əsasən, insan bir gündə 1,5 min kilokalori tükədir:

"Bu pəhrizdə yalnız baton çörək, kokteyl və şorba qəbul edilir", - deyə Qilbert vurğulayıb.

Daha sonra həkim bildirib ki, gündəlik kalorinin iki il ərzində 15 faiz azaldılması qocalma prosesini ləngidir.

Dietoloq həmçinin D vitamininin qəbulunu da nəzarətdə saxlamağı tövsiyə edib. "Yaxşı olar ki, giləmeyvələr və yaşıl çay qəbul edəsiniz. Çünki bu qidalar qanda şəkərin miqdarını tənzimləyir, həmçinin xərçəng xəstəliyinə yoluxma riskini aradan qaldırır", - deyə həkim əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.inf
o


Oxunma sayı: 1035