hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dilçilik İnstitutunun direktoru: "Yeni orfoqrafiya lüğətinə 6 min yeni söz əlavə olunub"

Dilçilik İnstitutunun direktoru: "Yeni orfoqrafiya lüğətinə 6 min yeni söz əlavə olunub"

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti növbəti həftə çapa göndərilir.

Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, lüğətdən 18 min söz çıxarılıb, 6 min yeni söz əlavə olunub: “Lüğətdə 90 minə yaxın söz var. Lüğət 1000 tirajla çap olunacaq. Lüğətə hərblə bağlı yeni sözlər əlavə olunub. Məsələn, dağatıcı, kvadrokopter, diversiya-kəşfiyyat ən yeni sözlərdir”.

Direktor həmçinin lüğətdən çıxarılan sözlərdən də danışıb: “Lüğətdən çıxarılan sözlər daha çox ərəb-fars mənşəli, yəni ədəbi dildə işlənməyən, ikivariantlı sözlərdir. Məsələn, tələm-tələsik və təlmə-tələsik, altın və altun, yorğun və yornuq. Yəni lüğətdə eyni sözdən iki variantı var idi. Onlardan bir variantını saxlamışıq. Ədəbi dildə işlənməyənlər çıxarılıb”.

Cebhe.info


Oxunma sayı: 903

Bizim Telegram səhifəmizi izləyin