hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Dilqəm Əsgərov: “İndi məni Kəlbəcərdə işıq idarəsində gözətçi də qoymurlar ki…”

Dilqəm Əsgərov: “İndi məni Kəlbəcərdə işıq idarəsində gözətçi də qoymurlar ki…”

"Məni Xankəndində toka verdilər, başımın tükləri göyə qalxmışdı".

Bunu Cebhe.info-ya açıqlamasında Ermənistanda girovluqda olmuş Dilqəm Əsgərov erməni girovluğunda olanda başına gətirilənlərdən danışarkən deyib:

"Mənim taylarım 2-ci qrup əlillik alanda, mən heç veteranlığı da almamışdım. 2014-cu ildə Kəlbəcərdə girov düşəndən sonra Müdafiə Nazirliyindən oğlumu çağırıb veteranlıq haqqında sənədi ona veriblər. Müharibədə iştirak etdiyimə görə dövlətdən 80 manat pul alıram. Mən tutulanda 107 kiloqram idim, sonra 57 kq oldum. Mənə yemək vermirdilər. Ermənilər məndən başqa sözlər tələb edirdilər. İstəyirdilər ki, Azərbaycanda kimlərinsə əleyhinə danışım. Bu da mümkun olmadı. Mənim hər iki əlimdəki barmaqlarımı qırdılar. Ermənilər məni 4 dəfə Xankəndində toka verdilər. Tokun təsirini hər dəfə artırırdılar, başımın tükləri göyə qalxırdı. Ondan sonra ürəyimdə problemlər yarandı. Düz bir il məni hər gün istintaqa avtomatla döyə-döyə aparıb-gətirdilər. 7 il qolumda qandal yatmışam”.

O, işsizlik probleminə də toxunub:

“Mənə indi demirlər ki, gəl, Kəlbəcərdə səni işiq idarəsinə gözətçi götürək. İküzlülər indi ortaya çıxıb, vəzifə tələb edirlər. Mən demirəm ki, məni icra başçısı qoyun. Desinlər ki, maşınlar gəlib-getməsi üçün şlaquqbaunu qaldır- endır, sənə 200 manat verək. Allah millətimizə can sağlığı versin".

Şəlalə Babayeva
Cebhe.info


Oxunma sayı: 8603