hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dilqəm Əsgərovun oğluna 149 min manat ÖDƏNİLƏCƏK

Dilqəm Əsgərovun oğluna 149 min manat ÖDƏNİLƏCƏK

Erməni girovluğunda qalan Dilqəm Əsgərovun su altında qalan torpaq sahəsinə görə Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən maddi ziyan ödəniləcək.

Unikal.org xəbər verir ki, bu haqda D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Kürdoğlu Əsgərov moderator.az-a bildirib ki, bu məsələyə görə qurumun sədri Əhməd Əhmədzadə ilə telefon danışığı olub:

"O, söhbət zamanı problemin həll ediləcəyini bildirmişdi. Bu gün isə mən idarənin işçiləri ilə bir daha görüşdüm və onlar atamın su altında qalan ferma və torpaq sahəsinə görə qiymətləndirmə apardılar. Onlar 149 min 300 manat maddi ziyan təyin etdilər və biz də bununla razılaşdıq. Mən də buna görə bank hesabı açdım və yaxın vaxtlarda həmin pul hesabıma köçürüləcək”.

Cebhe.info


Oxunma sayı: 1519

Bizim Telegram səhifəmizi izləyin