hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Dilqəm və Şahbazla bağlı QƏTNAMƏ İMZALANDI

Dilqəm və Şahbazla bağlı QƏTNAMƏ İMZALANDI

5 ildir ki, girov olaraq saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı yeni xəbər var.

Belə ki, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində azərbaycanlı girovlarla bağlı müzakirə aparılıb və hər iki girovun azadlığa buraxılması ilə bağlı qətnamə qəbul olunub. AŞPA üzvləri həmin qətnaməni yekdilliklə imzalayıblar.

Bu barədə məlumatı Cebhe.info-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov verib. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AŞPA üzvlərinə müraciət edərək, atasının 5 ildir davamlı işgəncələr altında olduğunu, həmçinin 2 ilə yaxındır ki, atasından heç bir məlumat almadıqlarını diqqətə çatdırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə söz açıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında danışıb və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 5 ildir erməni girovluğunda olduqlarını diqqətə çatdırıb.

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov azərbaycanlı girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsində davam edən kommunikasiya prosesi barədə məlumat verib. Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov azərbaycanlı qaçqın və məcburi köçkünlərin 30 ildir öz dədə-baba torpaqlarından didərgin düşdüklərini və Ermənistanın işğalçı siyasətinin bölgədə humanitar fəlakətə səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. Müzakirə qətnamənin qəbulu ilə başa çatıb. Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 6821