hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

DİM bəzi nəzarətçiləri bazadan xaric edib

DİM bəzi nəzarətçiləri bazadan xaric edib

DİM yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.

Təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib 15 yanvar - 25 fevral 2021-ci il tarixlərində keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 6496 nəzarətçi-müəllim dəvət olunub.

DİM-in mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, nəzarətçilərdən 89 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər. Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaqlar.

Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 16 083 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 991