hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Dinc əhalinin hədəflənməsi Ermənistanın əsl simasını göstərdi" – Dövlət Komitəsi

"Dinc əhalinin hədəflənməsi Ermənistanın əsl simasını göstərdi" – Dövlət Komitəsi

"Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayətidir və Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır".

Cebhe.info-nun xəbərinə görə, bu, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, dinc əhalinin, günahsız insanların qəsdən və açıq şəkildə hədəflənməsi Ermənistan hərbi-siyasi rəhbərliyinin əsl simasını bir daha dünya ictimaiyyətinə göstərdi.

Təcavüzkar Ermənistanın vandal əməlləri nəticəsində qadın və uşaqlar da daxil olmaqla ciddi sayda mülki əhali həyatını itirdi və 40-dan çox insan ağır şəkildə yaralandı.

Xatirə
Cebhe.info


Oxunma sayı: 760

Bizim Telegram səhifəmizi izləyin