hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Dini kəsim Xocalı soyqırımını zəif xatırlayır: İlahiyyatçıdan ETİRAZ 

Dini kəsim Xocalı soyqırımını zəif xatırlayır: İlahiyyatçıdan ETİRAZ 

Xocalı soyqırımı heç də Kərbəla vaqiəsindən geri qalan bir faciə deyil. Bu faciə dini cameədən fərqli olaraq, digər zümrələr tərəfindən yüksək səviyyədə hər il qeyd olunur. Lakin dini kəsim bu ildönümünü çox zəif xatırlayır”.

Bu fikirləri Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, soyqırım məscidlərdə sadəcə bir- iki kəlmə ilə xatırlanır:

“Təklif edirəm ki, Xocalı faciəsinin ildönümü ərəfəsində Xocalı şəhidlərinin adına xütbələr oxunsun. Xocalıda şəhid olanların ruhuna bütün məscidlərdə “Quran” xətm olsun. Kərbəla şəhidləri xatırlandığı kimi, azı 40 gün Xocalı şəhidlərinin də haqqında məscidlərdə söhbətlər aparılsın. Xocalı şəhidlərinin adları yazılmış namaz təqvimləri buraxılsın. Ölkədəki məscidlərin çoxu İranmeylli və İrantəhsilli təbliğatın təsirində olduğundan, adıçəkilən qonşumuz da Xocalı faciəsini törədən Ermənistanla sıx dostluq şəraitində olduğundan axundlar bu məsələyə həvəssiz yanaşırlar. Ancaq nə qədər gec deyil, bu təsir zəncirləri qırılmalı, vətənpərvər axundlar, din xadimləri, ruhanilər məscidlərdə fəaliyyət göstərməlidirlər. İranın milli bayramlarını və matəmlərini ölkəmizdə dini bayram və matəm adı altında qeyd edənlər 20 Yanvar, Xocalı soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı günü kimi tarixləri üzdən xatırlayır. Xocalı faciəsi dini faciə olmasa belə, milli faciəmizdirsə, bunu dini zümrə də yüksək səviyyədə xatırlamağa borcludur. Fars-erməni müştərək ideologiyasının din pərdəsi altında gənclərin qanına yeridilməsinə imkan verilməməlidir. Xocalı soyqırımında şəhid olan vətəndaşlarımız günahsız, məsum, çarəsiz və məzlumdurlar. İran nümayəndələrinə xüms-zəkat adı altında vəsait xərcləyənlər Xocalı şəhidlərimizə ehsan süfrələri açmaq üçün aidiyyəti qurumlarda təbliğat aparmalıdırlar. Öz şəhidlərimiz, öz matəm günlərimiz dini kəsim tərəfindən qeyd edilməlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1235