t Dini Komitənin sədr müavini: “Evi icarəyə vermişəm, əxlaqsızlıq yuvası nədir?”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Dini Komitənin sədr müavini: “Evi icarəyə vermişəm, əxlaqsızlıq yuvası nədir?”

Dini Komitənin sədr müavini: “Evi icarəyə vermişəm, əxlaqsızlıq yuvası nədir?”

Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayan Məmmədova Felmira İsax qızı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Arandan şikayətçidir.

F.Məmmədovanın modern.az-a ünvanladığı şikayətdə deyilir: “Mən Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayıram. Mənzilimlə üzbəüz keçmiş millət vəkili Səyyad Aranın mənzilidir. Özü həmin evdə yaşamır, dəfələrlə evi əxlaqsızlıq yuvası kimi gündəlik olaraq naməlum insanlara kirayə verib. İndi isə qanunsuz olaraq, hostel kimi əcnəbilərin istifadəsinə verib. Səyyad Aranla əlaqə saxlayıb, elədiyinin qanunsuz olduğunu, yaşayış yerində hostel yaradılmasının düzgün olmadığın bildirsəm də, mənə kobud şəkildə “Mənə Prezident icazə verib hostel açmağa, get kimə istəyirsən şikayət elə, istəyirsən Moskvadan jurnalist çağır” deyə bildirdi.

Çox xahiş edirəm, aidiyyatı qurumlar məsələyə münasibət bildirsinlər”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O qarşı tərəfin haqsız olduğunu iddia edib:

“Qeyd edilən ünvan mənim övladımın evidir və ev icarəyə verilib. Evi icarəyə götürənlər pakistanlıdırlar. Dünən polis idarəsindən adam çağırdım ki, onların mənşəyini müəyyənləşdirsin, kimdirlər, nəçidirlər.

Bu gün pakistanlılarla rəsmi notariat qaydada müqavilə bağlanacaq və ev hostel kimi istifadə edilməsi üçün onlara icarəyə veriləcək. Müqavilə bağlanan kimi rəsmi qurumlara məlumat ötürülür və istənilən məlumat orada öz əksini tapıb. Pakistanlılar bizneslə məşğul olmaq üçün bizim ölkədədirlər. Prezidentin aztəminatlı turistlərin ölkədə yerləşməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı sərəncamı var. Mən də buna əməl edirəm.

Hələ həmin evdə kimsə yaşamırsa, vətəndaş hansı haqla insanlara əxlaqsız deyir? Pakistanlılar oradan hostel kimi istifadə edəcək. Hostelin məişət pozğunluğu üçün istifadəsi qeyri-real və qeyri-mümkündür. Hələ orda yaşayan yoxdur. Pakistanlılar dünyada türklərdən sonra Azərbaycana ən yaxın millətdir. Onlar Azərbaycanda iş quaracaqlar. Onların Bəşir Səfəroğlu küçəsində böyük supermarketləri var. Mənim evimdə təsadüfi adam ola bilməz. Mən küçədən keçəni evimə buraxmaram”.

S.Aran qeyd edib ki, qarşı tərəfi məhkəməyə verəcək:

“Mən bu dövlətə və Prezidentimə sədaqətlə xidmət edən adamam. Mən o səviyyədə deyiləm ki, mənim evimdə hansısa yuva qurulsun. O adamların özü mənəviyyatsızdır və mən onları məhkəməyə verəcəm. Mən yüksək dövlət statusu daşıyıram. Hələ 1993-cü ildən, Heydər Əliyev Bakıya gəlməmişdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən məgər belə bir şəraitin yaranmasına imkan verərəmmi? Ailə dəyərləri mənim üçün hər şeydən önəmlidir. Bunun əksini iddia edənlərlə isə məhkəmədə görüşəcəyik”.

Cebhe.info


Oxunma sayı: 3180