hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

DİQQƏT: Bu gündən Bakı metrosunu nə əvəz edəcək?

DİQQƏT: Bu gündən Bakı metrosunu nə əvəz edəcək?

Xəbər verdiyimiz kimi, əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cebhe.info-ya daxil olan məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır.

Bu isə Bakıda metronun fəaliyyət göstərmədiyi dövrdə sərnişindaşımalarının necə həyata keçiriləcəyi məsələsini gündəmə gətirib.

Operativ Qərargahdan bildirilib ki, sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5952