hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Diri çәkidә әt istehsalı 3,1 faiz artıb - RƏSMİ

Diri çәkidә әt istehsalı 3,1 faiz artıb - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-avqust aylarında diri çәkidә әt istehsalı 3,1 faiz artaraq 342,9 min ton olub.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, bu dövrdə süd istehsalı 1,9 faiz artaraq 1 milyon 411,9 min ton, yumurta istehsalı 6,6 faiz artaraq 1 milyard 324,2 milyon әdәd vә yun istehsalı 0,5 faiz artaraq 15,5 min ton təşkil edib. Bundan başqa, ölkәdә 446,6 ton barama istehsal edilib.

Ötən ilin yanvar-avqust ayları ilә müqayisәdә kәnd tәsәrrüfatının ümumi mәhsulu 1,9 faiz, o cümlәdәn bitkiçilik mәhsullarının istehsalı 0,6 faiz, heyvandarlıq mәhsullarının istehsalı isә 3,2 faiz artıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1046