hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Diyetoloqdan bayramla bağlı məsləhətlər

Diyetoloqdan bayramla bağlı məsləhətlər

Yağlı ətlərdən, şirniyyatlardan miqdarından çox yedikdə mədə ağrıları, həzm problemləri yaşanır.

Xüsusilə də şəkər xəstəliyi olanlar, təzyiqdən əziyyət çəkənlər, artıq çəki problemi olanlar ətin miqdarına diqqət etməlidirlər.

Ət həzm prosesi ən gec baş verən qidalardandır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliyi olan şəxslər əti kəsilən kimi deyil, bir qədər soyuducuda gözlətdikdən sonra istifadə etməlidirlər.

Maraqlıdır, bayram ətindən necə istifadə etmək lazımdır? Bayramda çox ət yeyənlər bayramdan sonra hansı dieti edə bilərlər?

Cebhe.info İstanbul Okan Universitetinin qida mühəndisi, dietoloq Dərya Fidanın açıqlamasını təqdim edir.

1. Ətin yanında C vitamini də qəbul edin
Yağlı ətlərin tərkibində yağ miqdarı çox olduğundan ürək-damar xəstəliyi, diyabet və yüksək tansiyon xəstəliyi olan şəxslər Qurban bayramında yağsız, ya da az yağlı ətlərdən istifadə etməlidirlər. Ətdən əlavə şirniyyat və şərbətli tortların istifadəsinə də diqqət edilməlidir. Yaxşı olar ki, ət yeyən zaman yanında C vitamini ilə zəngin qidalar, sular istifadə etsinlər.
2. Əti bişirərkən quyruq yağından istifadə etməyin
Əti uzunmüddət yüksək dərəcəli odda bişirmək və qızartmaq ətdə kanserojen maddələrin yaranmasına səbəb olur. Ətin tək deyil, müxtəlif növ göyərtilərlə bişirilməsi sağlamlığınız üçün daha faydalıdır. Ətlə bişirilən yeməklərə əlavə yağ, quyruq yağı əlavə etməyinizə ehtiyac yoxdur.
3. Bayramda miqdarından çox ət istifadə edənlərin nəzərinə:

Həddindən çox ağır ət yeməklərindən istifadə etdikdə bədənimizdə yağ qatları yaranmağa başlayar. Bu yağlardan, artıq qidalardan xilas olmaq üçün bayramdan sonra bol miqdarda su, bitki çayları içməli və aktiv həyat tərzi keçirməlisiz.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1849