hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Doğma kəndi də işğaldan azad edilən İsa Qəmbər: “Dünən Xudafərin, bu gün Zəngilan..."

Doğma kəndi də işğaldan azad edilən İsa Qəmbər: “Dünən Xudafərin, bu gün Zəngilan..."

27 sentyabrdan başlayaraq Azərbaycanın başlatdığı əks-hücüm əməliyyatı uğurla davam edir.

Gündəlik olaraq Azərbaycan Ordusu yaşayış məskənlərini, o cümlədən şəhər və rayon mərkəzlərini işğaldan azad edir. Bu gün də Azərbaycan Ordusu bir sıra kəndləri və Zəngilan şəhərini düşmən işğalından azad edib.

Bu gün işğaldan azad olunan kəndlər arasında Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbərin ata-baba yurdu var idi.

Qeyd edək ki, İsa Qəmbər Füzuli rayonun Kürdlər kəndidəndir. İsa Qəmbər kəndinin azad olunması xəbərini eşidəndə keçirdiyi hislərlə bağlı Cebhe.info-ya danışıb.

İ.Qəmbər bildirib ki, onun üçün bütün Azərbaycan torpaqları eyni dərəcədə müqəddəsdir:

“27 sentyabrdan bu günə qədər hər dəfə torpaqlarımızın, kəndlərimizin, rayon mərkəzlərinin işğaldan azad olunması xəbərinə çox sevinirəm. Xüsusilə də strateji yüksəkliklərin, önəmli yüksəkliklərin götürülməsi çox önəmlidir. Dünən Xudafərin körpüsündə bayraq qaldırılmasına sevindik. Bu gün Zəngilanın azad edilməsi bütövlükdə İranla sərhədlərimizin azad olunması, bütün sərhədlərimizin öz nəzarətimizə keçməsi deməkdir. Bu, həm də ermənilərin vasitəsilə rusların nəzarətindən qurtulmaq deməkdir, çox böyük hadisədir. Bütün bunların hamısına sevinirik. O cümlədən, mənim ata-baba kəndimin də işğaldan azad edilməsi ailəmiz üçün önəmli hadisədir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 18184

Bizim Telegram səhifəmizi izləyin