hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Dollar ABŞ şirkətlərini tənəzzülə uğradır

Dollar ABŞ şirkətlərini tənəzzülə uğradır

Dolların əhəmiyyətli dərəcədə artımı ABŞ iqtisadiyyatına ziyan vurur.

Cebhe.info-nun məlumatına görə, "Bloomberg" agentliyi belə yazıb. Bazarın bəzi iştirakçıları bunun tənəzzülə səbəb ola biləcəyindən narahatdır.

Qeyd edilir ki, dolların möhkəmlənməsi ABŞ-ın transmilli şirkətlərinin gəlirlərinə mənfi təsir göstərməklə yanaşı, trilyonlarla dollar borcu olan xarici korporasiyaların xərclərini artırmağa başlayıb. Xüsusilə, "Coca-Cola", "Caterpillar", "Boeing" kimi şirkətlər dolların mənfi təsirini hiss edir. İqtisadçılar hesab edir ki, ABŞ dollarının möhkəmlənməkdə davam etməsi dünya iqtisadiyyatına problem yarada bilər. "Morgan Stanley" və "Brandywine Global İnvestment Management" dolların dinamikasını ABŞ-da və dünyada növbəti resessiya üçün potensial katalizator olaraq görür.

Yaxın beş ildə ərzində məzənnədə 25 faiz çöküş proqnozlaşdırılır.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1519