hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Dollar niyə Mərkəzi Bankın əlində qalıb?- AÇIQLAMA

Dollar niyə Mərkəzi Bankın əlində qalıb?- AÇIQLAMA

İyunun 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 30,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mərkəzi Bankın yaydığı məlumata görə, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

"Yaranmış meyillər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir.

Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir".

Maraqlıdır, dollar niyə satılmır? Bunun səbəbi ancaq xaricə səfərlərin olmamasıdır, yoxsa başqa səbəblər də var?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dollar satışının azalması sərhədlərin bağlı olması ilə əlaqədardır:

“Çünki pandemiyadan öncə, yəni 2019-cu ildə az qala 3 milyona yaxın Azərbaycan vətəndaşı xaricə səfər etmişdi. Ancaq ötən ilin mart ayının ortasından ümumiyyətlə, səfərlər dayandırıldı. Bu il də səfərlər tam açılmayıb. Yalnız təyyarə ilə səfərlər var. Ona görə də valyutaya olan təlabat təbii olaraq azalır.

Ümumiyyətlə, pandemiya olmasa belə, yay aylarında, təqribən 2017-2018-ci illəri də nəzərdən keçirdikdə görürük ki, may, iyun, iyul aylarında valyuta satışında azalmalar nəzərə çarpırdı.

Əsas artım avqust ayından sonra başlayır. Həm məzuniyyət payının çox hissəsi avqust ayının payına düşür, həm də məktəblərə hazırlıq üçün ləvazimatların alınıb ölkəyə gətirilməsi valyuta artımına səbəb olurdu. Ola bilər ki, valyuta müvəqqəti olaraq azalıb. Əgər bu davamlı olmayacaqsa, təqribən avqust ayından sonra valyuta alınmağında artım görə bilərik”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1222