hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dollar üçün kritik gün

Dollar üçün kritik gün

ABŞ Federal Ehtiyat Sistemi (FED) dekabrın 11-də keçirilən iclasında faiz azalmasına getməyəcək. 

Cebhe.info xəbər verir ki, 2018-ci ilin fevralında vəzifəyə başlayan və bu il ardıcıl üç görüşdə faiz nisbətlərini azaltmış FED prezidenti Jerome Powell və digər FED rəsmilərinin sabahkı iclasda faiz nisbətlərinin dəyişəcəyi gözlənilmir.

Xatırladaq ki, iyul və sentyabr aylarında faiz nisbətlərini endirən FED son olaraq oktyabr ayında faiz nisbətini 25 bənd azaldaraq 1.75-1.50 faizə endirdi. Görüşdən sonrakı çıxışında prezident Powell, ABŞ iqtisadiyyatının və pul siyasətinin yaxşı bir yerdə olduğunu müdafiə etmişdi. Jerom Powell verdiyi qərarlar səbəbindən Prezident Donald Tramp tərəfindən tez-tez tənqid olunsa da, ritorikalara qulağını bağladı. 2018-ci ildə faiz nisbətlərini dörd dəfə azaldan FED, bu ilki endirimlərdən sonra dayanacağına işarə etmişdi. 

Tramp noyabrın 18-də Mərkəzi Bankın faiz nisbətlərini sıfıra endirməli olduğunu və FED-in pul siyasətinin ABŞ istehsal sektoruna bir zərbə olduğunu söyləmişdi. Tramp bu tənqidlərlə məhdudlaşmamışdı, o, Ağ Ev vəkillərinə Mərkəzi Bankın Qubernatorunun vəzifəsindən azad edilməsi variantlarını nəzərdən keçirmələrini söyləmişdi. İqtisadçılar Tramp və Çin arasında davam edən ticarət müharibəsinin tamamilə sona çatmadığını əsas gətirərək, bazarların FED-ə yenidən faiz nisbətlərini azaltmaq üçün təzyiq edərsə, təəccüblü olmaz kimi dəyərləndirmə veriblər.

Qeyd edək ki, FED-in qərarı sabah axşam açıqlanacaq. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 2388