hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Dolların “bazarı bağlanır”: Avropa və Rusiyadan BİRGƏ QƏRAR

Dolların “bazarı bağlanır”: Avropa və Rusiyadan BİRGƏ QƏRAR

Avropa və Rusiya dollardan imtinayla bağlı qərara gəlib.

Cebhe.info xəbər verir ki, tərəflər arasında bu qərar Rusiya baş nazirinin birinci müavini, Maliyyə naziri Anton Siluanov və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin danışıqlarında qəbul edilib.

Tərəflər qarşılıqlı ödəmələrdə rubl və avroya keçidin təmini ilə bağlı işçi qrup yaratmağı qərara alıb. Qrup enerji daşıyıcılarının ticarəti ilə də məşğul olacaq.

Tərəflər milli valyutalardan istifadənin qarşılıqlı faydasını qeyd edib və bunu həm Rusiya, həm də birlik ölkələrində sahibkarlar üçün riski azaltdığına diqqəti çəkiblər.

Rusiya tərəfdən qrupda nazir müavini təmsil olunacaq.

Xəzər
Cebhe.info


Oxunma sayı: 14994