hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Dolların ucuzlaşacağı və neftin bahalaşacağı gözlənilir

Dolların ucuzlaşacağı və neftin bahalaşacağı gözlənilir

Beynəlxalq maliyyə bazarlarında dollara nisbətən məzənnələrin 1% və neft fyuçerslərinin 69$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır. Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir və təhlillərə əsasən, əlavə olaraq 1% də ucuzlaşa bilər. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. 67$-a ticarət edilən bir barel üzrə qiymətin 69$-a kimi də dəyər qazana bilər. 

Bahalaşmaya səbəb, “OPEC+” sazişi müddətinin uzadılması, Amerika sahillərində qasırğa təhlükəsinin yaranması və İran ilə İngiltərə və ABŞ arasında siyasi böhranın dərinləşməsidir. (marja)

Cebhe.info


Oxunma sayı: 639