hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Donald Tramp niyə “taym-aut” götürdü?

Donald Tramp niyə “taym-aut” götürdü?

“İran Amerikanın İraqdakı bazasını vurdu. Tehranın əsas generalının öldürülməsinə hansısa formada qarşılıq verməsi gözlənilirdi. Tehran 80 amerikalı hərbçinin öldürüldüyünü iddia edir. Amerika hələ təsdiq etmir”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hazırcavab Amerika Prezidenti Donald Tramp “taym-aut” götürüb:

“Bunun iki səbəbi var. Birincisi, hazırda Tramp generalları ilə müşavirə keçirir. Ağ Ev Administrasiyası itkinin miqyasının müəyyənləşdirərək ona uyğun adekvat cavab üzərində düşünür. Əgər bazanın vurulması nəticəsində Tehranın iddiasına rəğmən, itki yoxdursa onda Amerika bununla məsələ müvəqqəti nöqtə qoyacaq. Tehran da bunu istəyir. Tehrandakılar anlayırlar ki, Amerika ilə müharibə İrana yaxşı heç nə vəd etmir. Ona görə də İranda da istəyirlər ki, Amerika cavab aksiyasi həyata keçirməsin. Yox əgər hərbi bazada onlarla amerikalı öldürülübsə, İran və bölgə vəziyyətin mürəkkəbləşməsinə hazırlaşmalıdır”.

Cebhe.info


Oxunma sayı: 16094

Bizim Telegram səhifəmizi izləyin