hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Donald Trampın müşaviri istefaya getdi

Donald Trampın müşaviri istefaya getdi

ABŞ Prezidenti Donald Trampın koronavirus pandemiyası üzrə xüsusi müşaviri Skott Atlas vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, bu barədə Atlasın bəyanatına istinadən “Fox News” telekanalı bildirib.

Atlas onun üçün təyin edilmiş xüsusi dövlət məmuru kimi 130 günlük müddəti yerinə yetirib.

Telekanalın sitat gətirdiyi məktubda Atlas öz istefasının səbəbləri haqqında heç nə bildirməyib.

Bir sıra alimlər Atlası fəal tənqid edirdi. Çünki o, alimlərin fikrincə, epidemiya təhlükəsini çox kiçildirdi. Məlumata görə, Trampın sabiq müşaviri məktəblərin və bir sıra digər müəssisələrin açılışını müdafiə edirdi.

Cebhe.info


Oxunma sayı: 1200

Bizim Telegram səhifəmizi izləyin