hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Donqar durmaq, kürəkdə ağrı nəyin əlamətidir?

Donqar durmaq, kürəkdə ağrı nəyin əlamətidir?

Onurğa əyriliyi formalarından biri də kifozdur.

Kifoz onurğanın döş nahiyəsində önə doğru əyilməsidir. Kifoz qozbelliyin əmələ gəlməsinə səbəb olur.

Uzman fizioterapevt Sənan Cəfərov bildirib ki, donqar durmaq, yüngül kürək ağrıları, onurğada tutulmalar, ağrı, yorğunluq kifoz zamanı əsas əlamətlərdən sayılır.

Milli.Az bildirir ki, onun sözlərinə görə, önə əyilmə testi vasitəsilə kifozu təyin etmək mümkündür. Önə əyildikdən sonra yandan onurğaya baxılır. Əgər kifoz varsa kürəyin üst hissəsi şiş görünür. Eyni zamanda rentgen vasitəsilə də kifozu təyin etmək və onun dərəcəsində öyrənmək olar.

Həkim qeyd edib ki, əyrilik dərəcəsi 50° və ya daha çox olan uşaqlarda böyümə ilə əlaqədar bu dərəcə arta bilər: "Uşaqlarda korset müalicəsi ilə xəstəliyin irəliləməsinin qarşısını almaq olar. Böyümə mərhələsinin sonuna qədər korset müalicəsinə davam edilir. Həkim müayinəsi mütləqdir. Müalicələr isə müayinə sonrası təyin olunmuş müalicə planına əsasən aparılır".

Cebhe.info


Oxunma sayı: 870