hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Dövlət başçısı: “Günəş və külək enerjisi sektorunu inkişaf etdirmək üçün planlarımız var”

Dövlət başçısı: “Günəş və külək enerjisi sektorunu inkişaf etdirmək üçün planlarımız var”

“Biz indi iki şirkətdə Azərenerji və Azərişıqda bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır”.

Cebhe.info xəbər verir ki, bunu iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri ilə videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, investisiya tamamilə xaricdən gələcək: “Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim”.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1420