hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dövlət büdcəsinin xərcləri artırılır

Dövlət büdcəsinin xərcləri artırılır

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin xərcləri artırılır.

Cebhe.info xəbər verir ki, bu barədə “Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olması proqnozlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilib.

Cebhe.info


Oxunma sayı: 2322