hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Dövlət Komitəsinin sədr müavini vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədr müavini vətəndaşları qəbul edəcək

Fevralın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vətəndaşların onlayn qəbulunu keçirəcək.

Komitədən Cebhe.info-ya verilən məlumata görə, onlayn qəbul Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Gəncə şəhəri, Şəmkir, Yevlax rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq.

Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.

Əlavə suallar yarandıqda Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 205 34 03) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 606