hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Dövlət Kukla Teatrının aktyoru xəstəxanaya yerləşdirilib - Açıqlama

Dövlət Kukla Teatrının aktyoru xəstəxanaya yerləşdirilib - Açıqlama

Yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, aktyorun vəziyyəti ağırdır.

Onun sözlərinə görə, C.Telman 5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Hadisə hamam otağındakı su qızdırıcı cihazın partlaması nəticəsində baş verib. Aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var. Həkimlər hələ dəqiq söz demir və müalicə tədbirləri davam etdirilir”/Report.

Cebhe.info


Oxunma sayı: 496