hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Dövlət qulluğuna qəbul imtahanı nə vaxt və necə olacaq? - DİM-dən açıqlama

Dövlət qulluğuna qəbul imtahanı nə vaxt və necə olacaq? - DİM-dən açıqlama

Bu ilin əvvəlindən dünyanın 200-dən çox ölkəsi ilə bərabər Azərbaycanda da yayılan koronavirus infeksiyası tədris və imtahan prosesinə ciddi təsir göstərib.

Buraxılış və qəbul imtahanları ilə bağlı açıqlamalar ictimaiyyətə çatdırılsa da, dövlət qulluğuna qəbul imtahanının olub-olmayacağı da maraq doğurur.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Cebhe.info-ya açıqlamasında imtahanların avqustda keçiriləcəyini bildirib: "Dövlət qulluğuna qəbul imtahanlarının avqust ayından etibarən keçirilməsi nəzərdə tutulur. İmtahanlar komputerlər vasitəsilə oflayn qaydada DİM-in inzibati binalarında təşkil olunacaq".

Nargilə

Cebhe.info


Oxunma sayı: 3675